Türkiyədə miqrant faciəsi: Ölən və xeyli yaralı var

  16 May 2019    Oxunub : 1560
Türkiyədə miqrant faciəsi: Ölən və xeyli yaralı var
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, Van-Erciş yolunda miqrantları daşıyan yük maşını idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində azı 5 nəfər həlak olub, 39 nəfər yaralanıb. Ölü sayının artacağı istisna edilmir. Əraziyə təcili tibbi yardım və xilasedici briqadalar cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Türkiyə   Qəza   Miqrant