Məşhur memar 103 yaşında vəfat edib

  17 May 2019    Oxunub : 1030
Məşhur memar 103 yaşında vəfat edib
Çin əsilli məşhur Amerika memarı Bey Yuymin 103 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə onun oğlu məlumat verib. Bildirib ki, atası çərşənbə günü gecə saatlarında dünyasını dəyişib.

Memarın ən məşhur işlərindən biri Parisdə yerləşən Luvr muzeyi olub. Metal konstruksiyadan və şüşədən ibarət olan 20 metrlik bina onun layihəsi əsasında tikilib.

Bundan başqa, Plas Vil Mari, Xarbor-Taures, Pol Mellon incəsənət mərkəzi, Xerbert Conson incəsənət muzeyi, Bank ofisi, Con-Xenkok qülləsi, İndiana Universitetinin incəsənət muzeyi, Con F. Kennedinin Prezident Kitabxana-Muzeyi, Dünya Ticarət Mərkəzi, JPMorgan Chase Qülləsi, Çin Bankı, Amerika Bankı, Mixo Muzeyi, Rok-n-roll zalı və digər binalar onun layihələri əsasında inşa olunub.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Memar   BeyYuymin