Türkiyədə jurnalisti axtaran iki əsgəri sel aparıb

Türkiyədə jurnalisti axtaran iki əsgəri sel aparıb
  18 May 2019    Oxunub:2298
"Anadolu" agentliyinin qar uçqunu altında qalan əməkdaşı Abdülkadir Nişancının axtarışında iştirak edən iki hərbi qulluqçunu sel aparıb.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bölgəyə əlavə xilasedici briqadalar cəlb olunub. Ölən əsgərlərin cəsədləri sudan çıxarılıb.

Qeyd edək ki, mayın 10-da Abdülkadir Nişancı Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı dağındakı yolun qardan təmizlənmə işləri aparılan Derebaşı Virajları bölgəsində çəkiliş apararkən qar uçqunu altında qalıb.

Azvision.az



Teqlər: Türkiyə   Anadolu  





Xəbər lenti