“Nisyə eşq dəftəri” - Qadının evlənmək adı ilə 15 illik fırıldağı

  19 May 2019    Oxunub : 1468
“Nisyə eşq dəftəri” - Qadının evlənmək adı ilə 15 illik fırıldağı
Türkiyənin Antalya şəhərində Əminə Ş. adlı qadın evlənmə vədi ilə 63 yaşlı Nasuh Özerdən 130 min lirə pul alıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Hadisənin təfərrüatlarına gəlincə, Antalyada yaşayan 63 yaşlı Nasuh Özerin həyat yoldaşı 3 il öncə vəfat edib. Bundan sonra Özer 15 il eyni məhəllədə yaşadıqları Əminə ilə tanış olub. Evli olan qadın iddialara görə, həyat yoldaşının işləmədiyini və içki düşkünü olduğunu söyləyərək Özerdən borca pullar almağa başlayıb.



Bu vəziyyət 12 il davam edib. 3 il öncə qadının həyat yoldaşı vəfat edib. Bunu gizlədən Əminə Ş. həyat yoldaşından ayrıldığını və 63 yaşlı Nasuh Özerlə evlənmək istədiyini söyləyib. Bu təklifdən razı qalan Özer qadına daha çox borc pul verib. Hətta iş o yerə çatıb ki, Nasuh Özer tarlasını sataraq pulu həmin qadına verib.

Beləliklə, qadının 15 il ərzində Nasuh Özerdən aldığı borcun həcmi 130 min lirəyə çatıb. İşin maraqlı tərəfi odur ki. 63 yaşlı kişi qadına verdiyi borcların hamısını günbəgün “Nisyə eşq dəftəri” adlandırdığı dəftərinə qeyd edib.



Nəhayət, 3 il əvvəl kişi anlayıb ki, Əminə onu aldadır. Ona görə də növbəti borc istəyini geri çevirib. “Yox” cavabı alan qadın Özeri ayağından və qarnından bıçaqlayıb. Daha sonra susması üçün təhdid edib. Qadın 15 may tarixində 2018-ci ildə tutduğu əməllərə görə 5 il 5 ay həbs cəzasına məhkum edilib.

Yaşadığ nakam sevginin təsirinə düşən Nasuh Özər həm sevgisini, həm də “Nisyə eşq dəftəri” adlandırdığı dəftəri torpağa basdırıb.



Nasuh Özər baş verənlərlə bağlı deyib: “Əminədən vaz keçdim. Mənim pulumu versin. Yaşadığı evi mənim pulumla alıb. Mənim pulumla qızını və kürəkənini xilas edib. Pulumu hissə-hissə ödəsin. Amma ödəsin. Vermirəm deyirsə, zorla alacağam. Mənim bu eşqdə çox canım yanıb”.

Dəftərini torpağa basdırsa da, Özer bundan sonra da həqiqi eşq axtaracağını söyləyib: “Artıq pulla sevgi axtarmayacam. Sevgini pulsuz istəyirəm. Pulla olan sevgini dəfn etdim. Artıq pullu sevgiyə tövbəliyəm. İndi biri mənə sevgim qarşılığında “sənə pul verəcəm” desə belə istəmirəm. Pul yox, məni sevən birisini axtarıram”.



Kənan Məmmədov
Azvision.az

Teqlər: Türkiyə   Borc