İki ailə arasında torpaq davası: 6 nəfər ölüb

  19 May 2019    Oxunub : 1002
 İki ailə arasında torpaq davası: 6 nəfər ölüb
Türkiyənin Qars bölgəsinin Sarıkamış rayonunda iki ailə arasında silahlı insident baş verib.
Azvision.az xəbər verir ki, Çamyazı kəndində torpaq sahəsi üstündə dava edən tərəflər silaha əl atıblar. Avtomatlardan açılan atəş nəticəsində 6 nəfər ölüb, 5 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti kritikdir.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub. Faktla bağlı araşdırma aparılır.





Azvision.az

Teqlər: Türkiyə   Dava   Torpaq   Ailə