İrəvanda silahlı polislər separatçı generalın yolunu kəsdilər - VİDEO

İrəvanda silahlı polislər separatçı generalın yolunu kəsdilər -  VİDEO
  20 May 2019    Oxunub:3533
Ermənistanın paytaxtı İrəvan şəhərinin Avanın inzibati rayonunda avtomatlı polislər Dağlıq Qarabağda yaradılan qondarma qurumun "təhlükəsizlik şurasının katibi", general Vitali Balasanyanın avtomobilini saxlayıblar.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ictimai təşkilat rəhbəri Narek Samsonyan özünün "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, polislər generalın avtomobilini qanunsuz silahların yoxlanılması məqsədilə dayandırıblar.

"Mən generalla söhbət etdim, hər şey yaxşıdır. Yalnız bir sual yaranır, avtomatlı polislər yolda nə edirlər və onlar hansı əsasla Vitaly Balasanyanın avtomobilini dayandırıblar? Bununla bağlı davamlı olaraq yazacağam ", - deyə Narek Samsonyan bildirib.



Qeyd edək ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarları onun çağırışı ilə ölkə üzrə bütün məhkəmələrin giriş-çıxışlarını bağlayacaq. Buna səbəb Konstitusiya quruluşunu zorla devirməkdə ittiham olunan keçmiş prezident Robert Koçaryanın məhkəmə tərəfindən azadlığa buraxılmasıdır.

Görünən odur ki, Koçaryan Dağlıq Qarabağda gücünü qoruyur. Belə ki, separatçı rejimin indiki və keçmiş rəhbərləri olan Saakyan və Qukasyan məhkəməyə müraciət edərək onu şəxsi zaminliklərinə götürüblər. Ehtimal olunur ki, general Vitali Balasanyan baş verə biləcək hadisələrdən Koçaryanı qorumaq və Qarabağ gətirmək üçün İrəvana gedib.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: İrəvan   General  





Xəbər lenti