İrəvanda etiraz aksiyası: Məhkəmələrin giriş-çıxışı bağlandı - VİDEO+FOTOLAR

  İrəvanda etiraz aksiyası:  Məhkəmələrin giriş-çıxışı bağlandı -  VİDEO+FOTOLAR
  20 May 2019    Oxunub:5861
Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarları onun çağırışı ilə paytaxt İrəvanda bütün məhkəmələrin giriş-çıxışlarını bağlayıblar.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb Konstitusiya quruluşunu zorla devirməkdə ittiham olunan keçmiş prezident Robert Koçaryanın məhkəmə tərəfindən azadlığa buraxılmasıdır.



Etirazçılar tərəfindən Konstitusiya Məhkəməsinə heç kim buraxılmayıb. Şenqavit dairə Məhkəməsinin hakimi David Balayan binaya pəncərədən daxil olmaq istəsə də, onu itələyərək içəri girməsinə imkan verməyiblər.



İctimai fəal Ruben Melikyan nümayişçilərin məhkəmə binalarının şüşələrini sındırdığını bildirib: "Paşinyanın müraciəti əsasında toplaşan əhali artıq məhkəmə binasının şüşələrini sındırıb və hakimlərin işinə mane olublar. Polis əməkdaşları isə heç bir tədbir görmür. Bunu həzm edə bilməyəckəsiniz Nikol Paşinyan" ,- deyə ictimai fəal özünün sosial şəbəkədəki hesabında yazıb.



Qeyd edək ki, mayın18-də Ermənistan keçimiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri ləğv edilib. O, zaminə buraxılıb.



İlkin Nəcfəzadə
Azvision.az



Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti