Zelenski and içdi: “Hər kəs bilsin ki...” - VİDEO (Yenilənib)

 Zelenski and içdi:  “Hər kəs bilsin ki...” -  VİDEO (Yenilənib)
  20 May 2019    Oxunub:9081
Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, Ukrayna Ali Radasında keçirilən mərasimdə 60 ölkənin nümayəndələri, dövlət və hökumət başçıları, nazirlər iştirak ediblər.

Andiçmə mərasiminə Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstanın prezidentləri, Türkiyənin vitse-prezidenti, Moldovanın Baş naziri, Belarus, Rumıniya, Slovakiya, Bolqarıstanın Baş nazirlərinin müavinləri, ABŞ-ın enerji, Kanadanın müdafiə, Fransanın Avropa məsələləri üzrə, Polşanın xarici işlər nazirləri qatılıblar.



Mərasimdə ölkəmizi Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Azərbaycan parlamentinin aparat rəhbəri Səfa Mirzəyev, ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev təmsil ediblər.

Vladimir Zelenski Ali Radanın təntənəli iclasında əlini İncilə basaraq Ukrayna xalqına sədaqət andı içib. Ona prezident vəzifəsinə başlaması haqda Şəhadətnamə və dövlət başçısının rəsmi rəmzləri təqdim edilib. Ukrayna Prezidenti andın mətnini imzalayıb və ölkənin Konstitusiya Məhkəməsinin sədrinə verib.

“Hər kəs bilsin ki, prezidentlik dövründə xalqın rifahının yaxşılaşdırılması və dövlətin daha güclənməsi üçün bütün enerjimi sərf edəcəyəm”,- deyə Zelenski vurğulayıb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti