Tacikistanda məhbus qiyamı - 29 nəfər öldürülüb

Tacikistanda məhbus qiyamı -  29 nəfər öldürülüb
  20 May 2019    Oxunub:3774
Tacikistanın paytaxtı Düşənbə şəhərinin ətrafında yerləşən ciddi rejimli həbsxanada İŞİD və digər terror təşkilatlarının üzvləri olan məhkumlar iğtişaş törədib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, ixtişaşlar zamanı 29 məhkum öldürülüb. Belə ki, məhkumlar bıçaq və digər kəsici alətlərlə silahlanaraq cəzaçəkmə müəssisəsində qiyam qaldırıblar. Daha sonra nəzarətçilərə hücum edərək onların üçünü girov götürüb və öldürüblər

Cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə məhkumlar arasında aparılan danışıqlar nəticəsiz yekunlaşıb və məhbusların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilib. Nəticədə 29 məhkum öldürülüb. Hadisə ilə bağlı Tacikistan prezident məlumatlandırılıb.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Həbsxana   Bunt  





Xəbər lenti