İrəvanda Avropa İttifaqına qarşı etiraz aksiyası - VİDEO

İrəvanda Avropa İttifaqına qarşı etiraz aksiyası -  VİDEO
  20 May 2019    Oxunub:2512
Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhdarları olan “Adekvad” ictimai təşkilatının üzvləri Avropa İttifaqının İrəvanadakı nümayəndəliyinin ofisi qarşısında etiraz aksiyasına başlayıblar.
Azvision.az -ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, aksiya iştirakçı Artur Danielyan bildirib ki, Ermənistanda son zamanlar baş verən bütün hadisələrə həm maddi, həm də mənəvi baxımdan Avropa İttifaqı sponsorluq edir.

O, qeyd edib ki, ölkədə konstitusiya quruluşunun devrilməsi Aİ-nin gündəliyində olub və bu proses azı bir il bundan öncə hakimiyyətin qəsb olunması ilə başlayıb.



Etirazçının sözlərinə görə, bu məsələdə təkcə Paşinyan deyil, həmçinin prosesə sponsorluq edən qurumlar da günahkardır. Aksiya iştirakçıları ofisin hasarına “Ermənistan işğal altında”, “Öz marionetlərinizi geri qaytarın”, “İndi xoşbəxtsiniz?”, “Why so Soros” sözləri yazılmış plakatlar vurublar.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər:   İrəvan  





Xəbər lenti