Zelenski özünü Ali Baş Komandanı təyin etdi

  21 May 2019    Oxunub : 2866
 Zelenski özünü Ali Baş Komandanı təyin etdi
Ukraynanın yeni prezidenti Vladimir Zelenski özünü ölkəsinin Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin edib.
Azvision.az xəbər verir ki, müvafiq fərman Ukrayna prezidentinin rəsmi saytında yerləşdirib. Bu, Zelenskinin təsdiqlədiyi ilk rəsmi fərmandır.

Qeyd edək ki, Vladimir Zelenski ötən gün and içərək prezidentlik fəaliyyətinin icrasına başlayıb.

Azvision.az

Teqlər: Ukrayna   Zelenski