Maduro Azərbaycana gələcək

  21 May 2019    Oxunub : 1798
 Maduro Azərbaycana gələcək
Venesuela prezidenti Nikolas Maduro Azərbaycana səfər edəcək.

Azvision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Venesuelanın Bakıdakı səfiri Kristofer Berroteran məlumat verib. Onun sözlərinə görə, səfər oktyabr ayında baş tutacaq.
Diplomat qeyd edib ki, Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçəcək. Bununla əlaqədar Bakıda sammit təşkil olunacaq.

Azvision.az

Teqlər: Venesuela   Madurov