Cakartada etirazlar: 6 ölü, 200 yaralı

 Cakartada etirazlar:    6 ölü, 200 yaralı
  22 May 2019    Oxunub:2137
İndoneziyanın paytaxtı Cakartada müxalifətin namizədi Prabovo Subiantonun tərəfdarları şəhərin mərkəzində prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyası keçiriblər.
Azvision.az TASS-a istinadən xəbər verir ki, nəticədə polislərlə nümayişçilər arasında toqquşma baş verib. Cakartanın qubernatoru Anis Basveda bildirib ki, toqquşmalar nəticəsində 6 nəfər ölüb, 200 nəfər yaralanıb.

Bundan başqa, polis Seçkiləri Müşahidə Agentliyinin qarşısına toplaşan yüzlərlə etirazçını qovmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Etirazçılardan bəziləri həbs edilib. Onların bir neçə obyekti yandırdığı bildirilir.

Azvision.az



Teqlər: Cakarta  





Xəbər lenti