Rusiyada terror törətmək istəyənlər məhv edildi

Rusiyada terror törətmək istəyənlər məhv edildi
  22 May 2019    Oxunub:1699
Rusiyanın Vladimir vilayətində terror aktı törətməyə hazırlaşan silahlılar zərərsizləşdirilib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Antiterror Komitəsi məlumat yayıb.

Bildirilib ki, Vladimir vilayətinin Kolçuqino şəhərində evdə gizlənən iki silahlıya təslim olmaq təklif edilsə də, onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar. Atışma nəticəsində silahlılar zərərsizləşdirilib. Hadisə yerindən silah, döyüş sursatı, əldəqayırma partlayıcı qurğu və dini-ekstremist ədəbiyyat aşkar edilib.

Azvision.az


Teqlər: Rusiya   Terror  





Xəbər lenti