Rusiyanın Təhlükəsizlik Şurasından qovulması tələb edildi

  Rusiyanın Təhlükəsizlik Şurasından qovulması tələb edildi
  22 May 2019    Oxunub:2973
Ukraynanın səhiyyə naziri vəzifəsini icra edən Ulyana Suprun bildirib ki, BMT Rusiyaya bundan sonra dözməməli və bu ölkəni Təhlükəsizlik Şurasından (TŞ) qovmalıdır.
Azvision.az xəbər verir ki, nazir bu barədə Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 72-ci iclasında deyib.

“BMT Rusiyanın TŞ-da üzv olmasına dözməməlidir. Üzv ölkələr və digər beynəlxalq təşkilatlar Qərbin hesablarını dolduran Rusiya pullarına “yox” deməlidir, yoxsa siz Kremlin əsiri olmaq riski ilə üzrəşə bilərsiniz”,- deyə Ulyana Suprun qeyd edib.

O, hesab edir ki, Rusiyaya qarşı sanksiya siyahısı nəinki qorunub saxlanılmalı, həmçinin genişləndirilməlidir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti