Kabayevanın əkiz uşağı oldu - Yenə Putinin adı hallanır

  22 May 2019    Oxunub : 3510
 Kabayevanın əkiz uşağı oldu - Yenə Putinin adı hallanır
Rusiya prezidenti Vladimir Putinin yenidən ata olması ilə bağlı məlumat yayılıb.
Azvision.az "The Daily Telegraph" nəşrinə istinadən xəbər verir ki, uzun müddət Putinlə sevgi münasibətində olduğu deyilən keçmiş idmançı Alina Kabayeva Moskvadakı xəstəxanalardan birində əkiz uşaqlar dünyaya gətirib.

Qərb mətbuatında uşaqların atasının Putin olmasına dair təsdiqlənməmiş məlumatlar yayılıb. Bildirilib ki, Kabayeva özü bu iddiaları nə təsdiq edir, nə də təkzib. Sadəcə susmağa üstünlük verir. O, övladlarının atasının kimliyi barədə danışmaq istəmir.

Jurnalist Sergey Kanev isə qeyd edib ki, Kabayevanın olduğu xəstəxanaya xüsusi mühafizəçilər cəlb olunub, giriş-çıxış tam nəzarət altındadır və o, lüks palatada qalır. Doğuşu həyata keçirmək üçün İtaliyadan Rusiyaya tanınmış həkimin gətirildiyi bildirilir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Rusiya   Putin