London və Nyu-York su altında qala bilər - Dünyanı gözləyən təhlükə

  22 May 2019    Oxunub : 4906
 London və Nyu-York su altında qala bilər - Dünyanı gözləyən təhlükə
Amerika və Böyük Britaniyadan olan alimlərin dəniz səviyyəsinin yüksəlməsi ilə bağlı apardıqları araşdırma göstərir ki, 2021-ci ilə qədər London və Nyu-York şəhərləri su altında qala bilər.
Azvision.az xarici KİV-lərinə istinadən xəbər verir ki, ən pis proqnozlara görə, Karbon dioksidin atmosferdə konsentrasiyasının hazırkı artımı 80 il ərzində orta temperatur səviyyəsini 5 dərəcə qaldıra bilər.

Belə bir gedişat okean səviyyəsinin 62 santimetrdən 238 santimetrə qalxmasına gətirib çıxaracaq. Nəticədə təxminən 1,79 milyon kvadrat metr quru sahəsi su altında qalacaq. Bu isə 187 milyon insanın həyatının təhlükə altında olması deməkdir. Dənizdə suyun səviyyəsinin artma mənbəyi əsasən Qrelandiyadakı buzlardır ki, onlar qlobal istiləşmə nəticəsində əriyəcəklər.

Alimlərin fikrincə, Antarktidanın qərb və şərq hissələrinin qeyri-sabit vəziyyətə keçməsi mümkünlüyü cüzidir.

Belə proqnozlarla sahildə yerləşən ölkələr, o cümlədən Böyük Britaniya, ABŞ və bir sıra Avropa, Asiya ölkələri böyük təhlükəyə məruz qala bilərlər Bununla da, çay deltasında yaşayan 500 milyon insanın həyatı təhlükə altında düşəcək.

Bundan başqa, daşqınlar böyük köçə səbəb olacaq. Alimlər hesab edirlər ki, belə bir hadisənin inkişaf ehtimalı yalnız 5% təşkil edir, lakin bu cür xəbərdarlıqlar ciddi şəkildə qəbul edilməlidir.

Qlobal fəlakətin qarşısını almaq üçün iqlim dəyişikliyini dayandırmaq lazımdır. Bunun üçün isə atmosferə buraxılan zərərli maddələrin miqdarı azaldılmalıdır.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: London   ABŞ   Alim   Okean