NATO Rusiyanı Krımdan çıxmağa çağırdı

  23 May 2019    Oxunub : 1477
 NATO Rusiyanı Krımdan çıxmağa çağırdı
NATO Rusiyanın Krıma sahib olmasını qəbul etmir və bu ölkəni Krımdan çıxmağa çağırır.

Azvision.az xəbər verir ki, bu barədə NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç deyib.
“Alyans Krımın qanunsuz və qeyri-legitim ilhaqını tanımır və tanımayacaq. Biz Rusiyanı Krımı boşaltmağa və Ukraynanın şərqində yaraqlılara dəstək verməsini dayandırmağa çağırırıq”, - deyə Piç Brüsseldə keçirilən NATO-ya üzv dövlətlərin baş qərargah rəislərinin iclasında bildirib.

O, həmçinin 25 may 2018-ci ildə Kerç boğazında Rusiya sərhədinin qanunsuz pozulmasına görə tutulan Ukrayna dənizçilərinin azadlığa buraxılmasını tələb edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: NATO   Krım   Ukrayna