Zelenskinin əleyhinə 25 min səs toplandı

 Zelenskinin əleyhinə 25 min səs toplandı
  23 May 2019    Oxunub:2084
Ukrayna prezidenti Vladimir Zelenskinin istefası ilə bağlı hazırlanan petisiyada lazımi 25 min səsi toplanıb.
Azvision.az xəbər verir ki, bundan sonra sənədə prezident administrasiyasında baxılacaq.

Petisiyanı imzalayanlar hesab edir ki, Zelenski seçicilərin 73 faizinin dəstəyini qazanmayıb və prezident seçkilərinin ikinci turunun nəticələri yalnız Petro Poroşenkonun siyasətinə qarşı xalqın etirazı ilə izah edilə bilər.

“Sizin şəxsiyyətiniz fərqli, qismən əks fikirləri və istəkləri olan ukraynalıların əksəriyyətini birləşdirmir. Siz konkret vədlər və siyasi istiqamətlər vermədən etirazları birləşdirdiniz. Seçkidən sonra müəyyən bir yola sahib ola bilməzsiniz”, -deyə petisiyada qeyd olunub.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti