“Anadolu”nun itən əməkdaşının cəsədi tapılıb

 “Anadolu”nun itən əməkdaşının cəsədi tapılıb
  23 May 2019    Oxunub:2289
Türkiyənin “Anadolu” agentliyinin qar uçqununa düşən əməkdaşı Abdülkadir Nişancının cəsədi tapılıb.
Azvision.az xəbər verir ki, jurnalistin meyiti Trabzonun Çaykara ərazisində yerləşən gölməkçədə aşkar edilib.

Qeyd edək ki, Abdülkadir Nişancı mayın 10-da Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı Dağındakı yolun qardan təmizlənmə işləri aparılan Derebaşı Virajları bölgəsində çəkiliş apararkən qar uçqunu altında qalıb. Onun axtarışında iştirak edən iki əsgər boğularaq ölüb.





Azvision.az



Teqlər: Anadolu   Qar   Uçqun   Jurnalist  





Xəbər lenti