Okeanda iki gəmi toqquşub - İtkin düşənlər var

Okeanda iki gəmi toqquşub -   İtkin düşənlər var
  26 May 2019    Oxunub:2125
Sakit okeanda Yaponiyaya məxsus iki gəmi toqquşub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Qəza nəticəsində gəmilərdən biri batıb.

Batan gəminin göyərtəsində olan 5 nəfər heyət üzvündən 4-ü itkin düşüb. Yalnız gəminin kapitanı xilas edilib.

İlkin məlumata əsasən, qəzaya qatı duman səbəb olub. Hazırda itkin düşən şəxslərin axtarışları davam etdirilir.

Azvision.az




Teqlər: Gəmi   Okean  





Xəbər lenti