İrandan gözlənilməz təklif

  26 May 2019    Oxunub : 1765
 İrandan gözlənilməz təklif
İran Fars körfəzi ölkələri ilə hücum etməmək barədə müqavilə imzalamağa hazırdır.

Azvision.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib. Onun sözlərinə görə, İran hər bir təxribata qarşı sonadək mübarizə aparacaq.
İranlı nazir, həmçinin Avropa dövlətlərinə müraciət edərək onları mənasız bəyanatlardan əl çəkməyə, real işlər görməyə çağırıb.

Azvision.az

Teqlər: İran   XİN