Misir girov saxladığı azərbaycanlı dənizçini azad edib

 Misir girov saxladığı azərbaycanlı dənizçini azad edib
  26 May 2019    Oxunub:3305
Misirdə girov saxlanılan “Sea Shark” tankerinin heyət üzvləri sərbəst buraxılıb.

Azvision.az xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” nəşri məlumat yayıb. Bildirilib ki, azad olunanlar arasında Azərbaycan vətəndaşı da var.
Dənizçilər sənədləşmə işləri başa çatdıqdan sonra Ukraynaya qayıdacaqlar.

Qeyd edək ki, ötən ilin dekabr ayında saxlanılan "Sea Shark" tankerinin göyərtəsində 31 nəfər - 17 Ukrayna, 1 Azərbaycan vətəndaşı, eləcə də Filippin, Şri-Lanka və Hindistan vətəndaşları olub.

Azvision.az



Teqlər: Misir  





Xəbər lenti