Konqoda gəmi faciəsi, 30 nəfər ölüb

 Konqoda gəmi faciəsi, 30 nəfər ölüb
  27 May 2019    Oxunub:2145
Konqoda yerləşən göllərdən birində insanları daşıyan gəmi batıb.

Azvision.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 30 nəfər həyatını itirib, xeyli sayda insan itkin düşüb.
Gəmidəkilərin əksəriyyəti maaş almaq üçün gölün digər tərəfinə gedən müəllimlər olub. İlkin məlumata əsasən, iki yüz nəfərə yaxın insan itkin düşmüş hesab edilir. Qəza zamanı 80-dən çox sərnişinin həyatını xilas etmək mümkün olub.

Azvision.az



Teqlər: Göl   Gəmi   Faciə  





Xəbər lenti