57 illik arvadını öldürüb, sonra intihar etdi - FOTO

57 illik arvadını öldürüb, sonra intihar etdi -  FOTO
  27 May 2019    Oxunub:3058
Türkiyənin Kayseri bölgəsində yaşayan Mehmed Katan adlı şəxs 57 illik həyat yoldaşı Zeynəb Katanı odlu silahla qətlə yetirib.
AzVision.az xəbər verir ki, 78 yaşlı ər həyat yoldaşını öldürdükdən sonra həmin silahla özünü öldürüb.

Hadisənin üstü yaxınları tərəfindən açılıb. Belə ki, onların evinə gələn qohumları qapının bağlı olduğunu görüb, narahat olublar. Hasardan həyətə daxil olaraq ərlə arvadın cansız bədənləri ilə qarşılaşıblar. Aparılan araşdırmadan sonra bəlli olub ki, hadisə 5 gün əvvəl baş verib.




Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Qətl   Hadisə  





Xəbər lenti