“İran bizimlə danışıqlar aparmaq istəyir” - Tramp

 “İran bizimlə danışıqlar aparmaq istəyir” -   Tramp
  27 May 2019    Oxunub:2240
“İnanıram ki, İran bizimlə danışıqlar aparmaq istəyir. Əgər İran tərəfi istəsə, biz də belə bir danışığı həyata keçirmək istəyərdik. Görək, nə alınacaq, heç kim pis şeylərin baş verməsini istəmir”
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Sindzo Abe ilə Tokiodakı görüşdən öncə deyib.

Tramp hesab edir ki, İran ABŞ-la danışıqlar aparmaq istəyir və Tehran buna hazır olsa, Vaşınqton dialoqa razılıq verəcək.

Xatırladaq ki, İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib ki, onun ölkəsi müharibə etmək istəmir və ABŞ-la hərbi toqquşmanın olmayacağına ümid edir.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: ABŞ   Tramp  





Xəbər lenti