Avtovağzalda bilet tapa bilmədi, əsəbdən özünü doğradı

  27 May 2019    Oxunub : 935
Avtovağzalda bilet tapa bilmədi, əsəbdən özünü doğradı
Türkiyənin Muğla avtovağzalında Antalyaya getmək üçün bilet tapa bilməyən Aycan Y. adlı sərnişin bıçaqla boğazını doğrayıb.
Azvision.az xəbər verir ki, hadisə ötən gün axşam saat 23:30 radələrində baş verib. Belə ki, Antalyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan sərnişin Marmarisdə sabun satışını həyata keçirdikdən sonra geri dönmək üçün avtovağzala gəlib.

Bilet almaq üçün bir neçə şirkətə müraciət edən Aycan "yox" cavab alıb. Bu səbəbdən əsəblərini cilovlaya bilməyən sərnişin avtovağzalın yeməkxanasında bıçaqla özünə xəsarət yetirməyə başlayıb.

Hadisə yerinə təcili tibbi yardım çağrılıb, özünə qəsd edən şəxs xəstəxanaya yerləşdirilib. Polis faktla bağlı araşdırma aparır.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Türkiyə   Sərnişin