Tonoyan həmsədrlərlə Qarabağı müzakirə etdi

  27 May 2019    Oxunub : 1171
 Tonoyan həmsədrlərlə Qarabağı müzakirə etdi
Ermənistanın müdafiə naziri David Tonoyan İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədindəki mövcud vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlər müzakirə olunub.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) regiona səfərə gəliblər. Onlar Ermənistandan sonra Azərbaycanda bir sıra görüşlər keçirəcəklər.

Azvision.az

Teqlər: Ermənistan   Tonoyan   Qarabağ