Nazarbayevə Qazaxıstanın fəxri senatoru statusu verildi

   Nazarbayevə Qazaxıstanın fəxri senatoru statusu verildi
  28 May 2019    Oxunub:1778
Qazaxıstan Parlamenti Senatının bürosunun iclasında bu ölkənin fəxri senatoru statusu məsələsi nəzərdən keçirilib.
İclasda ilk fəxri senator statusunun Qazaxıstanın birinci Prezidenti, Elbası Nursultan Nazarbayevə verilməsi qərara alınıb.

Qeyd edilib ki, statusun birinci Prezidentə təyin edilməsi onun Qazaxıstan dövlətçiliyinin qurucusu, insan və vətəndaş hüquq və azadlıqlarını qoruyan, ölkənin strateji kursunu müəyyənləşdirən, cəmiyyətdə birliyi təmin edən şəxs kimi tanınmasının ifadəsidir. (AzərTAc)

Azvision.az



Teqlər: Nazarbayev   Qazaxıstan  





Xəbər lenti