“Xamenei nüvə silahı yaratmağı qadağan edib” - Rəsmi Tehran

 “Xamenei nüvə silahı yaratmağı qadağan edib” -  Rəsmi Tehran
  28 May 2019    Oxunub:1952
“İranın nüvə silahı yaratmaq niyyəti yoxdur”
AzVision.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Twitter” hesabında yazıb.

XİN rəhbəri qeyd edib ki, bu barədə İranın ali dini lideri Ayətullah Əli Xameneinin fətvası var: “Ayətullah Əli Xamenei hələ çoxdan bildirib ki, bizim nüvə silahı yaratmaq niyyətimiz yoxdur. O, bunu qadağan edən fətva verib”.

“ABŞ-ın "iqtisadi terrorizmi" İran xalqına zərər verir və regionda gərgin vəziyyət yaradır. Bu nəticələrin ABŞ prezidenti Donald Trampın etdiyi hərəkətlərdən sonra əldə olunub-olunmadığını sözlər deyil, hərəkətlər göstərəcək” – deyə Zərif qeyd edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İran   Zərif   ABŞ  





Xəbər lenti