Rusiya Suriyanı ABŞ-a qarşı müdafiə edir

Rusiya Suriyanı ABŞ-a qarşı müdafiə edir
  30 May 2019    Oxunub:1564
Rusiya və Suriya ABŞ-ı, o cümlədən Avropa İttifaqını sanksiyalardan əl çəkməyə çağırıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər Suriyaya qarşı iqtisadi sanksiyaların aradan qaldırılmasını tələb ediblər.

“Biz ABŞ-ı və Avropa İttifaqını Suriyaya qarşı iqtisadi sanksiyaları aradan qaldırmağa çağırırıq. Belə məhdudlaşdırıcı tədbirlər Suriyadakı humanitar və sosial-iqtisadi problemləri həll etməyə imkan verməyəcək. Sanksiyalar dərman və xammalın alınması, tibb avadanlıqlar ilə təmin edilməni, dinc həyatın bərpası üçün təmir və tikinti avadanlıqlarının tədarükünü çətinləşdirir”, -deyə iki ölkənin qurumlarası koordinasiya qərargahlarının birgə bəyanatında deyilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump may ayının əvvəlində Suriyaya qarşı sanksiyalar tətbiq etmək üçün Konqresinə xəbərdarlıq edib.

Suriya prezidenti Bəşər Əsəd isə öz növbəsində bildirib ki, ölkəsinə qarşı edilən müharibənin əsasını iqtisadi sanksiyalar və blokadalar təşkil edir.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: ABŞ   Rusiya   Suriya  





Xəbər lenti