Məşhur aktyor xəstəxanaya yerləşdirilib

Məşhur aktyor xəstəxanaya yerləşdirilib
  29 May 2019    Oxunub:1712
Ötən həftə ekranlara vida edən Game of Thrones(Taxt oyunları) serialının “Con Snou” rolunu oynayan aktyoru Kit Xarinqton xəstəxanaya yerləşdirilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor aylıq xərci 120 min dollardan çox olan klinikada stres və alkoqol səbəbi ilə müalicə alır.

Kit xarinqtonun yaxın dostunun verdiyi məlumata görə, serialın bitməsi onu çox təsirləndirib. Dostunun sözlərinə görə, aktyor finala yaxın” Bura qədər, hər şey bitir”deyirmiş.

Dostu bildirib ki, sənətçinin həyat yoldaşı aktrisa Rouz Lesli K. Xarinqtona dəstək olur.

“Ona yaxın olan hər kəs bilir ki, Kitin indi sakitliyə və dinlənməyə ehtiyacı var”.

Azvision.az



Teqlər:





Xəbər lenti