“İlin anası” ərini bıçaqla qətlə yetirdi

“İlin anası” ərini bıçaqla qətlə yetirdi
  30 May 2019    Oxunub:1623
İngiltərədə “İlin anası” adını alan 42 yaşlı qadın ərini öldürüb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Helen Kartin Katay adlı qadın ailə münaqişəsi zəminində həyat yoldaşını ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.

Qadın cinayəti gizlətməyə çalışsa da, istintaq zamanı ifadəsində hadisəni etiraf etmək məcburiyyətinə qalıb. O, özünü müdafiə məqsədilə ərini bıçaqladığını deyib. Bildirib ki, həyat yoldaşı onu spirtli içki almaq üçün mağazaya getməyə məcbur edib. Bu səbəbdən aralarında dava olub.

“O, qəzəblənib mənim əlimə, ayağıma bir neçə dəfə zərbə ilə vurdu”- qadın ifadəsində vurğulayıb.

Qeyd edək ki, Helen Kartin Katay qızının xəstəlikdən müalicəsi üçün apardığı vəsait toplama kampaniyası ilə əlaqədar “İlin anası” adına layiq görülüb. O, qızı üçün 500 min funt toplasa da, uşağını xilas edə bilməyib. Bundan sonra Helen spirtli içki aludəçisinə çevrilib.

Azvision.az



Teqlər: İlin-anası  





Xəbər lenti