Trampa qarşı impiçment tələbi - Demokratlar təhdidlər yağdırır

Trampa qarşı impiçment tələbi -  Demokratlar təhdidlər yağdırır
  30 May 2019    Oxunub:1709
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ABŞ prezidenti Donald Trampa qarşı impiçment tələbinə görə təzyiqlər artır.
Azvision.az CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın xüsusi prokuroru Robert Müllerin gözlənilməz çıxışı və onun “Rusiya işi” ilə bağlı söylədikləri Pelosinin fikrini dəyişdirməyib.

Pelosi hesab edir ki, impiçment barədə danışmaq tezdir: "Bu məsələ onun təmsil etdiyi partiyanın istiqamətinə ziddir və yaxın zamanda mövqeyini dəyişdirməsə, bu, onun liderliyinin zəifləməsinə gətirib çıxara bilər".

Qeyd olunub ki, Müllerin prezident seçkilərinə müdaxilə ilə bağlı çıxışı demokratlar arasında ruh yüksəkliyi yaradıb və onlar Trampa qarşı yeni tənqidlərlə çıxış edirlər. Müllerin Trampı məsuliyyətə cəlb etmək ixtiyarında olması ilə bağlı söylədikləri isə onları daha da həvəsləndirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti