Zelenski Poroşenkonun kadrlarını vəzifədən uzaqlaşdırır

  Zelenski Poroşenkonun kadrlarını vəzifədən uzaqlaşdırır
  31 May 2019    Oxunub:2772
Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya ölkənin xarici işlər naziri Pavel Klimkinin, müdafiə Naziri Stepan Poltorakın, həmçinin Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasiliy Qritsakın işdən uzaqlaşdırılması ilə bağlı təqdimat göndərib.
Azvision.az Rusiya mətbuatına istnadən xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.

Təqdimatda bildirilib ki, Zelenski konstitusiya əsasında fəaliyyət göstərir: “Ukrayna prezidenti bu məsələlərin parlament tərəfindən təcili nəzərdən keçirilməsini tələb edir".

Bundan başqa, Zelenski administrasiyası Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun da vəzifəsindən azad edilməsi ilə bağlı sənəd hazırlayır.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti