Putin Fərman Salmanovun adını ədəbiləşdirdi

 Putin Fərman Salmanovun adını ədəbiləşdirdi
  31 May 2019    Oxunub:3956
Rusiya prezidenti Vladimir Putin ölkənin hava limanlarına tanınmış şəxslərin adlarının verilməsi ilə bağlı sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, siyahıda Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq Fərman Salmanovun da adı var. Sərəncamla geoloqun adı rəsmən Surqut hava limanına verilib.



Qeyd edək ki, Sibir neftini kəşf etmiş geoloq Fərman Salmanov 1928-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Surqut rayonunda neft-qaz yataqlarının kəşfiyyatı ilə məşğul olub. Onun adı Sibirin neft yataqlarını kəşf etmiş geoloq kimi tarixə düşüb.

Fərman Salmanov xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adına, Lenin və Qırmızı Əmək Bayrağı ordenlərinə, Rusiya Federasiyasının Əməkdar geoloqu və digər fəxri adlara layiq görülüb. O, Surqut şəhərinin və ABŞ-ın Texas ştatının fəxri vətəndaşı olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Putin   Fərman-Salmanov  





Xəbər lenti