Türkiyə-İran sərhəddində atışma: Şəhid və yaralılar var

  01 İyun 2019    Oxunub : 1203
 Türkiyə-İran sərhəddində atışma: Şəhid və yaralılar var
Türkiyə-İran sərhəddinin İğdırdan keçən hissəsində türk hərbçilərlə PKK terrorçuları arasında atışma olub.
AzVision.az xəbər verir ki, nəticədə, 2 hərbçi şəhid olub, 5-i yaralanıb.

Yaralılar İğdırda yerləşən xəstəxanalara yerləşdirilib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir. Atışmadan sonra Türkiyə ordusu bölgədə PKK-ya qarşı genişmiqyaslı əməliyyata başlayıb.




Kənan Məmmədov
Azvision.az

Teqlər: Iğdır   İran   Türkiyə