Rusiyadakı partlayışda 89 nəfər yaralanıb - VİDEO

 Rusiyadakı partlayışda 89 nəfər yaralanıb -  VİDEO
  02 İyun 2019    Oxunub:2139
Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində yerləşən “Kristal” zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 89 nəfərə çatıb.
Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yaralılardan 44-ü zavodun işçisi, 45 nəfəri isə şəhər sakinidir.

Məlumata görə, partlayış zamanı zavodun 3 anbarı və 2 istehsalat binası tamamilə dağılıb, onlarla çoxmərtəbəli yaşayış binasına, sosial obyektə ziyan dəyib.



Partlayışın texniki təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə ötən gün baş verib.

Azvision.az



Teqlər: Rusiya   Partlayış  





Xəbər lenti