“İdlibdə baş verənlər xoşuma gəlmir” - Trampdan 3 ölkəyə xəbərdarlıq

  03 İyun 2019    Oxunub : 1071
“İdlibdə baş verənlər xoşuma gəlmir” - Trampdan 3 ölkəyə xəbərdarlıq
ABŞ prezidenti Donald Tramp Rusiya, Suriya və İranı İdlib vilayətində hücumları dayandırmağa çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Eşitmişəm ki, Rusiya, Suriyaİran Suriyanın İdlib vilayətini var gücləri ilə bombardman edir və kütləvi şəkildə mülki vətəndaşları öldürürlər. Dünya bu hadisələri izləyir. Məqsədiniz nədir? Bu, sizə nə verəcək? Dayanın!”, - deyə ABŞ prezidenti bildirib.

Böyük Britaniyaya səfər öncəsi Tramp bəyan edib ki, İdlibdə baş verənlər onun xoşuna gəlmir.

“Mən insanlara 7 ay öncədən xəbərdarlıq etdim və bunu dayandırdım. Orada baş verənlər xoşuma gəlmir. Onlar heç kimə fərq qoymadan mülki şəxsləri öldürürlər”, - deyə Tramp vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Suriya   Rusiya   İran   ABŞ