Tramp Sadiq Xanı “uğursuz” adlandırdı

Tramp Sadiq Xanı “uğursuz” adlandırdı
  03 İyun 2019    Oxunub:1565
ABŞ prezidenti Donald Tramp onu dəfələrlə tənqid edən London meri Sadiq Xanı “uğursuz adam” adlandırıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu barədə "Twitter" hesabında yazıb.

“Sadiq Xan öz vəzifəsində hər cəhətdən pis işləyən merdir və ABŞ prezidentinin səfəri ilə bağlı Birləşmiş Krallığın ən vacib müttəfiqinə qarşı münasibətdə qərəzli mövqe göstərir. O, uğursuz merdir. Sadiq Xan fikrini Londondakı cinayətlərə verməlidir, mənə yox”.

Eyni zamanda, ABŞ prezidenti Sadiq Xanı onu tənqid edən Nyu-York meri ilə müqayisə edib. Bildirib ki, fərq ondadır ki, Sadiq Xanın boyu digərindən balacadır: “Mən çox istəyirəm ki, Birləşmiş Krallığın böyük dostu olum”.

Xatırladaq ki, Tramp xanımı Melaniya ilə birlikdə Londonda səfərdədir. Səfər 3-5 iyun tarixinədək davam edəcək.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Tramp   London  





Xəbər lenti