Hindistanın hərbi təyyarəsi yoxa çıxıb

Hindistanın hərbi təyyarəsi yoxa çıxıb
  03 İyun 2019    Oxunub:1473
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus "An-32" təyyarəsi uçuş zamanı radarlardan itib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 8 ekipaj üzvü və 5 sərnişin olub.

Təyyarə Hindistanın şimal-şərqində yerləşən Assam ştatındakı Corxat şəhərindən havaya qalxıb. Daha sonra radarlardan itərək təyyarə ilə əlaqə kəsilib. Axtarışlara "SU-30" qırıcısı və xüsusi tapşırıqların yerinə yetirilməsi üçün istifadə olunan "C-130" təyyarəsi cəlb olunub.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Hindistan   Təyyarə  





Xəbər lenti