“Boeing”in 312 təyyarəsində qüsurlar aşkar edilib

“Boeing”in 312 təyyarəsində qüsurlar aşkar edilib
  03 İyun 2019    Oxunub:1751
“Boeing 737 MAX” və “Boeing 737 NG” təyyarə modellərinin qanaducu detallarında qüsurlar aşkar edilib.
Azvision.az "İnterfax"-a istinadən xəbər verir ki, ABŞ Mülki Aviasiya İdarəsi 312 təyyarədə qüsurların qeydə alındığını bəyan edib.

“Boeing” kompaniyasının məlumatına əsasən, bəzi “737 NG” və “737 MAX” modellərinin qanaducu detalları səhv hazırlana və qüvvədə olan möhkəmlik standartlarına uyğun gəlməyə bilər”, - deyə Mülki Aviasiya İdarəsinin saytında bildirilib.

Qeyd olunub ki, qüsurlu detallar vaxtından əvvəl köhnəlməyə meyllidir və uçuş zamanı laynerlərin zədələnməsinə səbəb ola bilər.

“Boeing” və Mülki Aviasiya İdarəsinin birgə təhqiqatı nəticəsində 148 qüsurlu detal aşkarlanıb və onların quraşdırıla bilinəcəyi təyyarələrin nömrələri müəyyən edilib. Qüsurlar bütün dünyada 133 “Boeing NG” və 179 “Boeing MAX” təyyarəsinə təsir edib. Həmin detalları təyyarədən çıxarmaq üçün operatorlara 10 gün vaxt verilib.

Azvision.az



Teqlər: Boeing  





Xəbər lenti