Sarkisyanın qardaşı oğlu ekstradisiya ediləcək

  04 İyun 2019    Oxunub : 762
Sarkisyanın qardaşı oğlu ekstradisiya ediləcək
Praqa Şəhər Məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın ekstradisiyasına icazə verib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, ekstradisiya ilə bağlı yekun qərarı Çexiyanın ədliyyə naziri Maria Beneşova verməlidir.

Qeyd edək ki, Narek Sarkisyan dekabrın 6-da Praqa şəhərində həbs olunub. Qvatamela vətəndaşının adına olan saxta pasportdan istifadə edən N. Sarkisyan oğurluq, silah, döyüş sursatı və narkotik ticarəti, Saryanın rəsmlərini oğurlamaqda ittiham olunur.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: