İsrail prezidentinin xanımı vəfat edib

  04 İyun 2019    Oxunub : 1017
İsrail prezidentinin xanımı vəfat edib
İsrail prezidenti Reuven Rivlinin həyat yoldaşı Nehama Rivlin vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Baş nazir Binyamin Netanyahunun dəftərxanası məlumat yayıb.

Bildirilib ki, 73 yaşlı Neham Rivlin bir neçə ildir ağciyər fibrozundan əziyyət çəkirmiş. Bir müddət əvvəl ona donor ağciyər nəql edilmişdi.

Qeyd edək ki, Nehama Rivlin Reuven Rivlinlə 1971-ci ildən evli idi.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İsrail