Sarkisyan aprel döyüşlərinə görə dindiriləcək

  04 İyun 2019    Oxunub : 1311
Sarkisyan aprel döyüşlərinə görə dindiriləcək
“Aprel döyüşləri ilə bağlı ictimaiyyəti narahat edən bütün məsələlər araşdırılacaq”

Azvision.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının üzvü, hakim “Mənim addımım” fraksiyasının deputatı Tiqran Karapetyan bildirib.
Onun sözlərinə görə, zərurət yarandığı təqdirdə məğlubiyyəti araşdıran komissiya keçmiş prezidenti də dindirəcək.

“Bu mövzuda keçmiş və ya indiki deyə məhdudiyyət qoymuruq. Bütün prosesi araşdırırıq. Ehtiyac olacaqsa, biz Serj Sarkisyanı da dəvət edəcəyik”, - deyə Karapetyan vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Ermənistan   Sarkisyan