Misirdə terror aktı törədilib, 8 polis ölüb

Misirdə terror aktı törədilib, 8 polis ölüb
  06 İyun 2019    Oxunub:1970
Misirdə silahlı dəstə nəzarət-buraxılış məntəqəsinə hücum edib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə əl-Ariş şəhəri ətrafında baş verib. Silahlı insident nəticəsində 8 polis əməkdaşı həlak olub.

İlkin ehtimala əsasən, hücumu İŞİD terror qruplaşmasının “Vilayət-e-Sina” adlı qolu törədib.

Azvision.az



Teqlər: Misir   Terror  





Xəbər lenti