Salah Liverpulda islamafobiyanı azaldıb

  06 İyun 2019    Oxunub : 1072
 Salah Liverpulda islamafobiyanı azaldıb
İngiltərənin “Liverpul” futbol klubu misirli futbolçusu Məhəmməd Salahı transfer etdikdən sonra Liverpul şəhərində islamafobiya 18.9 faiz azalıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Stanford Universiteti araşdırma aparıb.

Araşdırmaya görə, 2017-ci ildən “Liverpul”un heyətində çıxış edən ulduz futbolçu həm gözəl oyunu, həm də xeyirxah işləri ilə insanların könlünü fəth edə bilib. Bu səbəbdəndir ki, Liverpul şəhərində islamafobiya 18.9 faiz azalıb.

Qeyd olunur ki, Salah faktoruna görə, “Liverpul” fanatları digər Premyer Liqa təmsilçilərinin azarkeşləri ilə müqayisədə sosial şəbəkədə İslam əleyhinə 50 faiz daha az paylaşımlar edirlər.

Araşdırmada o da vurğulanır ki, 2017-ci ildən bu günə qədər İngiltərənin digər şəhərlərində islamafobiya azalmayıb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Salah   Liverpul   İslamafobiya