Türkiyədə müxalif deputat vəfat edib

Türkiyədə müxalif deputat vəfat edib
  07 İyun 2019    Oxunub:1769
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Dənizli bölgəsindən seçilən deputatı Kazım Arslan vəfat edib.
Azvision.az xəbər verir ki, millət vəkili bayram tətili ilə əlaqədar ailəsi ilə birlikdə Antalyanın Aksu rayonundakı evinə gedib. Deputatın gecə saatlarında halı pisləşib, həyatını xilas etmək mümkün olmayıb. 65 yaşında dünyasını dəyişən deputat bu gün son mənzilə yola salınacaq.

Azvision.az



Teqlər: CHP   Türkiyə  





Xəbər lenti