Nazir “Mərkəzi Azəri” platformasını yoxladı

Nazir “Mərkəzi Azəri” platformasını yoxladı
  10 İyun 2019    Oxunub:2049
Energetika naziri Pərviz Şahbazov “Mərkəzi Azəri” platformasına baş çəkib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazir BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov və digər nümayəndələrin iştirakı ilə platformanın ərazisinə baxış keçirib, platformanın fəaliyyəti ilə tanış olub.

Q.Counz “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun cari vəziyyəti, “Mərkəzi Azəri” platformasında aparılmış profilaktik təmir işləri, platformada qurulmuş müasir texniki, təhlükəsizlik sistemi və planlaşdırılan yeni tədbirlər barədə məlumat verib.

Səfər zamanı həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsi olan “Azəri-Mərkəzi-Şərqi” layihəsi çərçivəsində görüləcək işlər diqqətə çatdırılıb.

Xatırladaq ki, “Mərkəzi Azəri” platforması “Azəri” yatağında quraşdırılmış 3 platformadan biri olmaqla, “Azəri-Çıraq-Günəşli” layihəsinin ilk mərhələsində istismara verilib.

Azvision.az


Teqlər: Energetika   SOCAR  





Xəbər lenti