Türkiyəli hərbçilər üçün Naxçıvanda tədbirlər keçirildi

Türkiyəli hərbçilər üçün Naxçıvanda tədbirlər keçirildi
  13 İyun 2019    Oxunub:1344
“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının mənalı istirahətləri üçün mədəni-kütləvi tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerləri və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanış olublar.

Türkiyəli hərbçilər gəzinti çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində şəxsi heyətin sosial-məişət şəraiti, silah və texnikaları ilə tanış olub, hərbi hissənin Təlim-Tədris Mərkəzində ordu quruculuğundan bəhs edən sənədli filmə baxıblar.

Qonaqlar hərbçilərimizlə birlikdə nahar ediblər.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Naxçıvan   Türkiyə   Təlim  





Xəbər lenti